Dünya

Tehran Səudiyyə Ərəbistanına hücuma hazırlıqla bağlı məlumatlara münasibət bildirib

2 Noyabr 2022 22:24
Baxış: 1 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Xarici İşlər Nazirliyi ölkənin Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair məlumatları təkzib edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü Nasir Kənani danışıb.

"İran İslam Respublikası mehriban qonşuluq siyasətinə sadiqdir, qarşılıqlı hörmət əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət edir, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır və qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirəcək", - N.Kənani qeyd edib.

Xatırladaq ki, daha öncə "Reuters" Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsinə istinadən xəbər vermişdi ki, ABŞ İrandan Səudiyyə Ərəbistanına qarşı təhdidlərdən narahatdır, lazım gələrsə, cavab verməyə hazırdır. Eyni zamanda bildirilib ki, ABŞ hərbi və kəşfiyyat kanalları vasitəsilə daim krallıqla əlaqə saxlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.