Dünya

Hava limanında dava düşdü - VİDEO

2 Noyabr 2022 19:32
Baxış: 3 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın "Ballina" hava limanında baqaj qəbulu zamanı cinayətkar klanların üzvləri arasında şiddətli dava düşüb.

Milli.Az bildirir ki, hadisənin videosunu 9news yayıb.

Videoda baqaj kəmərin yanında dayanan bir nəfərin izdihamın arasından keçən sərnişini görüb dərhal onunla şiddətli döyüşə başlaması anları çəkilib: turistlər bir-birinə yumruq vurub, münaqişənin şahidləri isə tələsik hadisə yerindən qaçıblar.

Sonra hər tərəfdən başqa şəxslər davaya qoşulub - kişilər cütlərə bölünüb və bir-birlərini döyməyə davam ediblər. Bir müddət sonra turistləri hava limanı polisi ayırıb. Sonradan məlum olub ki, davada Avstraliyanın Yeni Cənubi Uels ştatında fəaliyyət göstərən Hamzi və Alameddin ailələrinin mafioz dəstələrinin üzvləri iştirak ediblər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.