Dünya

Nensi Pelosi ərinin hücumdan sonrakı vəziyyətini açıqladı

30 Oktyabr 2022 13:40
Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi əri Paul Pelosinin hücumdan sonrakı vəziyyətini şərh edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bəyanat siyasətçinin saytında dərc olunub.

O qeyd edib ki, ərinin səhhəti yaxşılaşmaqda davam edir.

Pelosi hadisə yerinə gələn hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə təşəkkür edib.

Qeyd edək ki, Paul Pelosi evdə zorakı hücuma məruz qalıb.

Evə hücum səhər saatlarında olub və bu zaman Nensi Pelosi evdə olmayıb, hücum edən şəxs artıq həbsdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.