Dünya

Zelenski vurulmuş “Şahed-136” İran PUA-sının yanından video-müraciət etdi

28 Oktyabr 2022 23:37
Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İki gün ərzində ruslar Ukrayna ərazisinə hücum etmək üçün 30-dan çox drondan istifadə edib, onlardan 23-ü vurulub".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 27-də axşam saatlarında dərc olunmuş video-müraciətində danışıb.

Zelenskinin qaranlığa qərq olmuş Kiyevdə İran istehsalı olan "Şahed-136" pilotsuz uçuş aparatının yanında dayanması diqqətdən qaçmayıb. O, PUA-nı göstərərək deyib: 

"Döyüşürük, daha da vuracağıq. Səmamızın gözətçilərinə təşəkkür edirəm. Mən bu "Şahed"in vurulmasında iştirak edən hər kəsə təşəkkür edirəm", - o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.