İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində baş verən iğtişaşda 3 nəfər ölüb, yaralananlar var.
APA-nın Tehran bürosunun məlumatına görə, Mahabadda keçirilən aksiyada etirazçılar bank və dövlət binalarının şüşələrini sındırıb və yandırıb.
Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib.
İğtişaşlar zamanı saxlanılanların olduğu bildirilir.
Milli.Az