İranın Qərbi Azərbaycan əyalətində etirazlar: 3 nəfər ölüb

27 Oktyabr 2022 23:37

İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində baş verən iğtişaşda 3 nəfər ölüb, yaralananlar var.

APA-nın Tehran bürosunun məlumatına görə, Mahabadda keçirilən aksiyada etirazçılar bank və dövlət binalarının şüşələrini sındırıb və yandırıb.

Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib.

İğtişaşlar zamanı saxlanılanların olduğu bildirilir.

Milli.Az