Dünya

Ukrayna İran dronları ilə daha yaxşı mübarizə aparır - Britaniya kəşfiyyatı

24 Oktyabr 2022 11:47
Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan "Shahed" kamikadze-dronları ilə daha yaxşı mübarizə aparır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Ukrainskaya pravda" Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinə istinadən məlumat yayıb.

Həmçinin qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri bu dronlar vasitəsilə raket çatışmazlığını qarşılayır.

O da əlavə olunub ki, Rusiya "Shahed" dronlarından bütün Ukrayna ərazisini vurmaq üçün istifadə edir, lakin Ukrayna onlara qarşı daha yaxşı mübarizə aparır.

Vurğulanıb ki, buraxılmış kamikadze-dronların 85 faizinin zərərsizləşdirildiyi rəsmi olaraq təsdiqini tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.