Dünya

Ayı idmançılara hücum etdi - VİDEO

20 Oktyabr 2022 20:36
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da iki güləşçi ayı hücumuna məruz qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Vayominq ştatının Kodi şəhəri yaxınlığında olub.

Belə ki, ova çıxan güləşçilər Bredi Louri və Kendell Kumminqs ovdan geri qayıdarkən ayı onlara hücum edib. Öncə Kennediyə hücum çəkən ayı onun qolundan və başından yaralayıb. Lourinin köməyindən sonra hər ikisi xilas ola bilib.

Daha sonra açıqlama verən Kennedi Kumminqs bunları deyib: "Ovdan qayıdarkən ayının gəldiyini gördüm. Mənə hücum çəkdi və uçurumdan aşağı atdı. Sonra qolumu zədələdi. Louri güləş bacarığından istifadə edərək ayıya hücum etdi. Onun diqqətini yayındırıb üzərinə çəkdi. Amma ayı ikinci dəfə mənə hücum etdi və üzümü dişləmək istədi. Yenə də Lourinin köməyi ilə xilas ola bildik".

Daha sonra Kennedi helikopterlə xəstəxanaya çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.