Dünya

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

18 Oktyabr 2022 22:34
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Ohayo ştatının Marietta şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı CNN ştatın magistral patrul xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə diler mərkəzinin dayanacağında qəzaya uğrayıb, nəticədə pilot və sərnişin həlak olub. Qəza zamanı avtomobillərə və diler mərkəzinin binasına ziyan dəyib.

Qeyd edilir ki, təyyarə yerə düşdükdən sonra alovlanıb, yanğın söndürülüb.

ABŞ-ın Federal Aviasiya Administrasiyası və Nəqliyyatda Təhlükəsizlik Milli Şurası insidentlə bağlı araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.