Dünya

Britaniya kəşfiyyatı Rusiya ordusunun Ukraynadakı uğursuzluqlarının səbəblərini açıqlayıb

15 Oktyabr 2022 15:31
Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiyada səfərbər olan sakinlər, hər nə qədər hərbi qurum tərəfindən alındığı iddia edilsə də, avadanlıqları özləri almalı olurlar".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin tviter səhifəsi məlumat yayıb.

İcmalda qeyd olunur ki, son iki həftə ərzində Ukraynaya Rusiyanın səfərbər edilmiş ehtiyatında olan hərbçiləri göndərilib. Onların şəxsi avadanlıqlarının orta səviyyəsi daha əvvəl göndərilmiş qoşunların onsuz da cüzi olan təminatından da aşağıdır.

Britaniya kəşfiyyatının məlumatına görə, ehtiyatda olan hərbçilərin bir çoxu zirehli jiletlərini, xüsusən də "Ratnik" fərdi təchizat proqramı çərçivəsində döyüş hissələrinə verilməli olan müasir "6B45" zirehli jiletlərini özləri almalı olacaqlar. Bu jilet hazırda Rusiya internet-mağazalarında 40 min rubla (təxminən 640 ABŞ dolları) satılır. Hərçənd aprel ayında jiletin qiyməti təxminən 12 min rubl (təxminən 190 ABŞ dolları) idi.

Bu arada, 2020-ci ildə Rusiya hökuməti orduya 300 min dəst "Ratnik" gülləkeçirməz jiletin verildiyini açıqlayıb ki, bu da hazırda Ukraynada yerləşdirilən qüvvələri təchiz etmək üçün kifayətdir.

"Geniş yayılmış korrupsiya və zəif logistika Rusiyanın Ukraynadakı uğursuzluqlarının əsas səbəbləri olaraq qalır", - Britaniya Müdafiə Nazirliyi bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.