Dünya

“Twitter” Maskın başını bəlaya saldı: Milyarderə qarşı federal təhqiqat başladı

15 Oktyabr 2022 11:49
Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı iş adamı İlon Mask "Twitter"in alınması ilə bağlı davranışına görə federal orqanlar tərəfindən istintaq altındadır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmə sənədlərindən aydın olur.

Qeyd edilir ki, şirkət artıq bir neçə aydır Maskın vəkillərinə sahibkarın federal hakimiyyət orqanları ilə yazışmalarını tələb edən sorğu göndərib, lakin mesajlar hələ də təqdim edilməyib. Hesab olunur ki, sözügedən ismarışlar bu məhkəmə prosesində əsas məsələlərə aydınlıq gətirə bilər, ona görə "Twitter" bu sənədlərdə israrlıdır.

Xatırladaq ki, "Twitter"in investoru Cüzeppe Pampena Maskı sosial şəbəkənin səhmlərinin qiymətləri ilə manipulyasiya etdiyinə görə məhkəməyə verib. İnvestor əmindir ki, Mask oktyabrın əvvəlində "Twitter"i alma proseslərini bərpa etməyə razılaşıb, bu da əslində onun bu müddət ərzində müqavilədən çıxmaqla bağlı dediklərinin blef olduğunun etiraf etməsidir. O, iddia edir ki, Maskın fırıldaqçı və qeyri-qanuni fəaliyyəti sosial şəbəkənin səhmlərini çökdürüb, şirkətin investorlarına zərər verib, eyni zamanda amerikalı milyarderin danışıqlar mövqeyini yaxşılaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.