Dünya

İlon Mask Ukrayna səfirindən incidi: “Stralink” üçün pul ödəməkdən imtina etdi - FOTO

15 Oktyabr 2022 12:11
Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"SpaceX" şirkəti Pentaqondan Ukrayna üçün "Starlink" peyk rabitə terminallarına xidmət haqqını üzərinə götürməsini istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "SpaceX"in rəhbəri rəhbəri İlon Mask bununla bağlı məlumatı təsdiqləyib. Mask həmçinin Ukrayna səfiri Andrey Melnikdən incidiyinə də eyham vurub.

""SpaceX" indiyədək çəkilmiş xərclərin kompensasiyasını istəmir, lakin artıq mövcud olan sistemi və həmçinin bir neçə min terminalı müddətsiz şəkildə ödəməyə bilməz.  Bu terminallarda məlumatların istifadəsi adi məişət istifadəsindən təxminən yüz dəfə yüksəkdir. Bu əsassızdır", - deyə Mask qeyd edib.

İlon Mask həmçinin "SpaceX"in "Starlink"in Ukrayna üçün ödənişi ilə bağlı Pentaqona hesabat verməsi xəbərini də şərh edib. Belə ki, o, bu xəbərin Maskın "sülh planı" qalmaqalından bir neçə gün sonra gəldiyinə diqqət çəkən müxbirin tvitinə münasibət bildirib. Bir çoxları kimi, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik də Maskın ideyalarına reaksiya göstərib. "Cəhənnəm ol", - deyə Melnik qeyd edib.

"Biz sadəcə onun məsləhətinə əməl edirik", - deyə Musk həmin tviti cavablayıb.

Bildirilir ki, şirkətdən Pentaqona müvafiq məktub keçən ay - müvafiq olaraq sentyabr ayında göndərilib. Melnikin qeyri-diplomatik şərhi isə Maskın Ukrayna ilə bağlı Rusiya Federasiyasına güzəştə getmək təklifi ilə bağlı qəzəb dalğası fonunda ortaya çıxıb.

Lakin eyni zamanda oktyabrın 12-də rəqəmsal transformasiya naziri Mixail Fedorov tvitində "Starlink"in Ukrayna infrastrukturu üçün həyati əhəmiyyət kəsb etdiyini qeyd edib. Mask isə ona dəstək verib. "Buyurun. Ukraynanı dəstəkləməyə şadam", - deyə Mask cavab verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory