Dünya

Putin Makronun Qarabağla bağlı bəyanatını səhv adlandırıb

14 Oktyabr 2022 13:37
Baxış: 1 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronun bəyanatını səhv və qəbuledilməz adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya lideri MDB Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında bildirib.

Putin fransalı həmkarının bəyanatını oxuyanda təəccübləndiyini söyləyib: "Hesab edirəm ki, bu bəyanatlarda münaqişənin gedişi və Fransa tərəfinin bu barədə anlayışı, tərəflərin mövqeyi barədə məlumatlar yoxdur. Ona görə də, bu bəyanatlar səhvdir, qəbuledilməzdir". Rusiya Prezidenti əlavə edib ki, ola bilsin ki, Fransa Prezidenti ilə bunu müzakirə etsinlər: "İstənilən halda Rusiya hər zaman səmimi şəkildə istənilən münaqişəni, o cümlədən Qarabağ və onun ətrafındakı məsələləri həll etməyə çalışıb".

Putin qeyd edib ki, Rusiya hər zaman Qarabağ daxil olmaqla bütün münaqişələri nizamlamağa səmimi səy göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.