Dünya

Volodin Ukraynanı hədələyib: Rusiya daha ağır cavab verəcək

13 Oktyabr 2022 11:02
Baxış: 1 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna tərəfindən terror aktlarının davam edəcəyi təqdirdə Rusiya daha ağır cavab verəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz "Telegram" kanalında yazıb.

O əlavə edib ki, "dünyanın heç bir yerində terrorçularla danışıqlar aparılmır".

"Kiyev rejiminə qarşı cavabımız əvvəlkindən də ağır olacaq.

Baş vermiş terror aktlarının bütün təşkilatçıları və iştirakçıları tapılmalıdır, müqavimət göstərənlər isə məhv edilməlidir", - Volodin qeyd edib.

Xatırladaq ki, oktyabrın 8-də səhər saat 06:00 radələrində Krım körpüsünün avtomobil yolu keçən hissəsində yük avtomobili partlayıb. Kreml bunu Ukrayna tərəfindən törədilmiş terror aktı kimi qiymətləndirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.