Dünya

Həkimlər yeni doğulan körpənin ombasını yandırdılar

12 Oktyabr 2022 20:28
Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstanda həkimlər yeni doğulmuş uşağın omba nahiyəsini qızdırıcı ilə yandırıblar.

Milli.Az bildirir ki, bu barədə "Mash Gor" Telegram kanalına yeni doğulmuş uşağın atası məlumat verib.

Kişinin sözlərinə görə, iyulun 11-də həyat yoldaşı Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Doğuşdan sonra həkim prosedurun çətin olduğunu, uşağın üç həftə reanimasiyaya yerləşdirilməli olduğunu deyib. Ana hər gün oğluna baş çəkib, lakin həkimlər körpənin sağlamlığına mənfi təsir göstərdiyini əsas gətirərək, oğlunun üstünü açmağı qadağan ediblər.

Avqustun 1-də oğlan Mahaçqaladakı xəstəxanaya köçürülüb. Atanın dediyinə görə, həkimlər körpənin omba nahiyəsində üçüncü dərəcəli dərin yataq yaraları aşkarlayıb və kişiyə onların şəklini göndəriblər. Bundan sonra kişi Dərbəndə qayıdıb və doğum şöbəsinin həkimlərindən izahat tələb edib. Körpələrdə bəzən yataq yarası yarandığını deyən həkimlər, guya bu barədə valideynlərinə xəbərdarlıq ediblər. Kişi həkimlərin izahatları ilə kifayətlənməyib və hüquq-mühafizə orqanlarına müraciət edib.

Rayon prokurorluğunun yoxlama zamanı müəyyən edilib ki, tibb işçiləri yeni doğulmuş körpənin altına isti su ilə qızdırıcı qoyublar və nəticədə uşaq yanıq xəsarətləri alıb. Prokurorluğun mətbuat xidməti onu da qeyd edib ki, çıxarışda körpədə yataq yaralarının olması barədə məlumat qeyd olunmayıb. Şöbə yoxlamanın nəticələrinə dair materialları Cinayət Məcəlləsinin 293-cü maddəsinin 1-ci hissəsi ("səhlənkarlıq") ilə işin başlanması məsələsinin həlli üçün İstintaq Komitəsinə göndərib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.