Dünya

Sərxoş kişi anasını döyüb öldürdü

12 Oktyabr 2022 15:56
Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az bildirir ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, paytaxtda anasını döyərək öldürən 39 yaşlı şəhər sakini saxlanılıb.

"Cinayət törətməkdə şübhəli bilinən ölmüş qadının oğlu saxlanılıb, o, dindirmə zamanı təqsirini etiraf edib və müstəntiqə izah edib ki, alkoqol sərxoşluğu vəziyyətində olması, anasına qulluq etmək istəməməsi nəticəsində şəxsi düşmənçilik münasibətləri zəminində yaşlı qadını şiddətli şəkildə döyüb", - məlumatda deyilir.

Bazar günü, oktyabrın 9-da Dekabristlər küçəsindəki mənzildə 67 yaşlı qadının meyiti tapılıb. Ekspertiza müəyyən edib ki, ölüm "çoxlu xəsarətlər, o cümlədən qabırğaların sınığı və daxili orqanların cırılması nəticəsində" baş verib.

Yaxın vaxtlarda istintaq şübhəlinin həbsi üçün məhkəməyə müraciət edəcək.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.