Dünya

ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdı

10 Oktyabr 2022 14:30
Baxış: 1 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Səfirlik ABŞ vətəndaşlarını sığınacaq yerlərində qalmağa və təhlükəsiz olduqda mövcud olan yerüstü nəqliyyat vasitələrindən istifadə edərək Ukraynanı tərk etməyə çağırıb.

"Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir və vəziyyət xəbərdarlıq edilmədən pisləşə bilər. ABŞ vətəndaşları ayıq olmalı və təhlükəsizlik məlumatlarını vaxtında əldə etmək üçün müvafiq addımlar atmalıdırlar".

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Rusiya qanadlı raketlərlə Ukraynanın Kiyev, Xarkov, Odessa və Lvov da daxil olmaqla, bir sıra şəhərlərini bombalamağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.