Dünya

Ukrayna xarici ölkələrdən kömək istəyib

10 Oktyabr 2022 12:51
Baxış: 1 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edib.

Milli.Az "Report"a istinadən bildirir ki, ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib ki, Kiyevə təcili kömək lazımdır.

"Öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır", - o tviterdə yazıb.

A.Qeraşşenko dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri istəyib: "Gecikmələr insan ölümünə səbəb olur. Bizə sağ qalmağımıza kömək edin. Qalib gəlməyimizə kömək edin".

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin yeganə taktikası dinc şəhərlərdə terror törətməkdən ibarətdir: "Amma o, Ukraynanı parçalaya bilməyəcək".

D.Kulebanın fikrincə, bu, həm də tərəfləri sülhə çağıranlara mesajdır: "Putin raketlərlə danışan terrorçudur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.