Dünya

Litvanın Baş naziri Ukraynanın NATO-ya daxil olması ilə bağlı dərhal danışıqlara çağırıb

8 Oktyabr 2022 09:07
Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Litvanın Baş naziri İnqrida Şimonite Ukraynanın NATO-ya daxil olması ilə bağlı dərhal danışıqlara başlamağı zəruri hesab edir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb.

Siyasətçinin sözlərinə görə, Kiyevin Şimali Atlantika Alyansına qəbul edilməməsi "böyük səhvdir", Təşkilat Ukraynaya "mənəvi" borcludur.

Baş nazirin fikrincə, bu borc hərbi yardımın göstərilməsi və hərbçilərin hazırlanmasından daha ciddi reaksiya tələb edir.

Xatırladaq ki, daha öncə İnqrida Şimonite Qərbi Ukraynaya ağır silahların tədarükünü artırmağa çağırmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.