Dünya

“La-Ninya” Avropaya güclü soyuqlar gətirir

8 Oktyabr 2022 08:10
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il Avropa qitəsi "La-Ninya" kimi iqlim modeli ilə qarşılaşıb. O, Sakit okean səthinin soyuması nəticəsində baş verir ki, bu da müxtəlif regionlarda küləyin və yağıntıların xarakterinin dəyişməsinə gətirib çıxarır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu qış Avropada həddindən artıq soyuq və quru hava olacağı gözlənilir. Bütün bunlar yüksək atmosfer təzyiqi ilə bağlıdır.

"Yer kürəsində temperaturun yüksəlməsinə baxmayaraq, Mərkəzi Asiyada hələ ki soyuq hava olacaq. Bizdə şərq küləkləri əsən kimi bu Sibir havası Avropaya daxil olacaq və temperaturun aşağı düşməsinə səbəb olacaq - xüsusən qışın əvvəlində biz belə risklə üzləşəcəyik", - deyə "Kopernik" iqlim dəyişikliyi xidmətinin direktoru Karlo Buontempo bildirib.

Bununla belə, "La-Ninya"nın təsiri qitələrdə fərqli hiss olunur. Məsələn, Avstraliya müşahidələr tarixində ən yağışlı dövrlərdən birini yaşayır. Şimali Amerikanın qərb rayonlarında, Afrika Buynuzu regionunda və Cənubi Amerikanın cənub hissəsində görünməmiş quraqlıq müşahidə olunur. Avropa üçün isə "La-Ninya" ekstremal soyuq qış temperaturlarına səbəb olacaq.

"Biz bu cür ekstremal halları müşahidə edəcəyik. Daha sərt şəraitə əhəmiyyətli dərəcədə hazır olmalıyıq", - deyə Böyük Britaniyadan olan hava üzrə ekspert Deyv Trup bildirib.

Bütün bu iqlim kataklizmləri Avropada enerji böhranı - yüksək elektrik enerji qiymətləri və qaz çatışmazlığı fonunda baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.