Dünya

Burkina-Fasoda çevirilişdən sonra prezident seçildi

6 Oktyabr 2022 08:13
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Burkina-Fasoda hakimiyyəti ələ keçirən hərbçilərin lideri, kapitan İbrahim Traore rəsmən ölkə prezidenti və silahlı qüvvələrin ali komandanı vəzifəsinə təyin edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkə konstitusiyasını müvəqqəti əvəz edən Təsis Aktında deyilir:

"Qoruyucu və Vətənpərvərliyin Bərpası Uğrunda Hərəkatının prezidenti dövlət başçısı və ölkənin silahlı qüvvələrinin ali komandanı kimi fəaliyyət göstərir".

Sentyabrın 30-da bir qrup hərbçi polkovnik Pol-Henri Sandaoqo Damibanı ölkə prezidentliyindən uzaqlaşdırıb.

Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan etdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.