Dünya

Çimərlikdə gəzərkən 90 milyonluq narkotik tapıb

5 Oktyabr 2022 00:42
Baxış: 1 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada bir kişi səhər saatlarında çimərlikdə gəzinti zamanı 90 milyon funt-sterlinq dəyərində olan kokain tapıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Qərbi Uelsdəki çimərliyə gələn və adının açıqlanmasını istəməyən şəxs kəndirlə bağlanmış 30-a yaxın qara çanta tapdığını deyib. Boş kanistrlər bir kiloqram ağırlığında olan bağlamaların arasına bağlanıb və bunun sayəsində yük suda qalıb. "Səhər tezdən gəzirdim ki, sahildə bir şey gördüm. Maraqlandım, yaxınlaşdım və demək olar ki, dərhal bunun nə olduğunu başa düşdüm", - deyə kişi xatırlayıb.

Polisi sahilə narkotiki görən yaşlı qadın çağırıb. Polis hadisə yerinə gələn kimi dərhal bağlamalardan birini açıb və içərisində kokain olduğunu müəyyən edib. Faktla bağlı araşdırma aparılıb.

Milli Cinayət Agentliyinin məlumatına görə, Böyük Britaniyada kokain bazarı gündə 25 milyon funt-sterlinqdən artıqdır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.