Dünya

Əyləc əvəzinə qazı basan qadın sürücü ustanı əzdi - VİDEO

30 Sentyabr 2022 20:20
Baxış: 1 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Petropavlovsk-Kamçatskidə avtomexanik müştərinin maşını ilə toqquşması nəticəsində iki ayağını itirib.

Milli.Az bildirir ki, hadisənin görüntülərini Kamçatka Prokurorluğu Telegram kanalında dərc edib.

Görüntülərdə yolsuzluq avtomobilinin təmir üçün boksa necə girməyə çalışdığı əks olunub. Bir kişi qarşısındakı divara söykənərək, maşının təkərlərinin istiqamətini düzəltmək üçün işarə edib ki, o, düz getsin. Maşın sürətlə getməyə başlayıb və kişini vurub.

Regional prokurorluğun məlumatına görə, yolsuzluq avtomobilini 46 yaşlı yerli sakin idarə edib. Prokurorluq rusiyalı qadına qarşı cinayət işini məhkəməyə göndərib.

"Nəticədə zərərçəkmiş hər iki ayağının amputasiyası da daxil olmaqla, çoxsaylı bədən xəsarətləri alıb", - məlumatda deyilir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.