Dünya

Rusiyanın təbii qaz hasilatı azaldı, neft hasilatı artdı

28 Sentyabr 2022 22:26
Baxış: 705

Bu ilin yanvar-avqust dövründə Rusiyada təbii qaz hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalıb, neft hasilatı isə 3,1 faiz artıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Statistika Təşkilatı (Rosstat) açıqlama yayıb.

Açıqlamaya görə, ölkənin təbii qaz hasilatı bu ilin ilk 8 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 389 milyard kubmetr olub.

Sözügedən dövrdə Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) hasilatı 13,5 faiz artaraq 21,6 milyon tona, neft hasilatı isə 3,1 faiz artaraq 354 milyon tona çatıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin keçən ay ölkəsinin sanksiyalara baxmayaraq neft və qaz gəlirlərini artırdığını bildirmişdi.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics