Borrell Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqı (Aİ) Rusiya Prezidentinin qismən səfərbərliyin elan olunması ilə bağlı qərarına cavab olaraq Moskvaya qarşı yeni sanksiyalar hazırlayacaq və Ukraynaya hərbi dəstəyini artıracaq.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə bildirib.
"Biz Ukraynaya silah verməklə hərbi dəstəyimizi davam etdirəcəyik, bu yardımı artıracağıq və Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər qəbul edəcəyik", - Borrell Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Aİ-nin yüksək səviyyəli diplomatlarının fövqəladə iclasının yekunlarına dair jurnalistlərə bildirib.
O vurğulayıb ki, Rusiyanın bu addımı Aİ-nin Ukraynanın yanında olmaq və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək qabiliyyətinə hərtərəfli dəstək əzmini dəyişməyəcək.
Borrell Aİ-nin Avropa Sülh Fondu vasitəsilə Ukraynaya silah çatdırılmasını maliyyələşdirməyə davam edəcəklərini təsdiqləyib.
Konkret detalları açıqlamayan Borrellin sözlərinə görə, Rusiya iqtisadiyyatına təsir edəcək yeni sanksiyalar paketi müzakirə olunacaq ki, bura da texnologiya sahəsi ilə bağlı sanksiyalar daxil olacaq və eyni zamanda, yeni şəxslərin də sanksiyaya məruz qalması gözlənilir.
"Politico"nun məlumatına görə isə sanksiyalar planına Rusiya neftinin qiymətinin məhdudlaşdırılması və Rusiyadan lüks malların idxalına qadağa daxildir.
Aİ səfirlərinin sentyabrın 23-də sanksiyalarla bağlı detalları müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri blok Ukraynaya öldürücü silahlar, həmçinin fərdi qoruyucu vasitələr, ilk yardım dəstləri və yanacaq daxil olmaqla ümumilikdə 2,5 milyard avro (2,5 milyard dollar) hərbi yardım göstərib.
Aİ həmçinin Rusiyaya qarşı yeddi sanksiya paketi tətbiq edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
-
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır
-
Xamenei atasının dəfnində iştirak etməyəcək?
-
Dünya çempionatında qol vuran ən yaşlı 2 braziliyalıdan biridir
-
Kadir İnanırın vəsiyyəti açıqlandı
XƏBƏR LENTİ
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
-
İqor Noqeyra “Sabah”dan ayrıldı
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
“1xBet” vasitəsilə qanunsuz mərc təşkil edən şəxslər saxlanılıb - (Video)
-
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı





