Dünya

Böyük Britaniyaya sükut çökəcək

18 Sentyabr 2022 21:45
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada sentyabrın 18-i London vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə 23:00) "Big Ben"in zəngi ilə bir dəqiqəlik sükut elan ediləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, saatın ilk zəngi sükut dəqiqəsinin başlanğıcını, ikinci zəndi isə onun sonunu bildirəcək.

Dəfn mərasimi zamanı isə "Big Ben" bir dəqiqəlik fasilələrlə zəng çalacaq. Zəng səsi daha sakit etmək üçün səsboğucudan istifadə ediləcək.

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın dəfn mərasimi qeyri-iş günü elan edilən 19 sentyabra təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.