Dünya

Kraliçanın dəfninə görə 100-dən çox aviareys təxirə salındı

18 Sentyabr 2022 21:12
Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Londonun "Hitrou" hava limanında kraliça II Elizabetinin dəfn günü ilə bağlı 100-dən çox reys təxirə salınıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qərarda məqsəd vida mərasimi zamanı təyyarə səs-küyünü minimuma endirməkdir.

Təxirə salınan aviareyslər 19 sentyabr tarixində "Hitrou" hava limanından uçuşa hazırlaşan və ya eniş edən uçuşların 15%-dir. Daha çox təxirə salınan aviareyslər "British Airways" şirkətinə məxsusdur. 

Qeyd edək ki, II Elizabetin dəfn mərasimi sabah yerli vaxtla saat 11:00-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.