Dünya

Paşinyanın impiçmenti tələbi ilə aksiya başlayır

14 Sentyabr 2022 09:16
Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı impiçment prosedurunun başlaması tələbi ilə aksiya başlayır.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər ki, 44 günlük müharibədə ölən hərbçilərin qohumları və digər ölkə vətəndaşları səhər saatlarından parlament binası qarşısında toplaşmağa başlayıb.

Parlament binasının xidməti girişinə çox sayda polis əməkdaşı cəlb olunub. Ümumilikdə binanın yerləşdiyi küçə polis tərəfindən əhatəyə alınıb.

Xatırladaq ki, İrəvanda dünən axşam saatlarında da parlament binası qarşısında mitinq təşkil edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.