Dünya

"Playstation" oynayarkən ildırım vurdu

13 Sentyabr 2022 18:12
Baxış: 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Abinqdon şəhərindən olan 33 yaşlı Eydan Rouen ildırım vurması nəticəsində ağır yaralanıb.

Milli.Az bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

Kişi öz qonaq otağında oturaraq "Playstation 5"-də "Stray" oyunu oynayarkən onu ildırım vurub. "Göy gurultusu kimi çox güclü bir səs çıxdı və sonra bütün bədənimə çox ağır bir şey düşdü", - o xatırlayıb. Onun sözlərinə görə, ildırım vurmasından sonra o bir neçə saniyəyə huşunu itirib.

Zərərçəkmiş xəstəxanaya aparılıb. Məlum olub ki, ildırım vurması nəticəsində o, qolundan 60-a yaxın yanıq, ayağından da yanıq xəsarətləri alıb. Bundan əlavə, onun əzələləri zədələnib və ovucunun içində ulduza bənzər bir ləkə qalıb.

"Düşünürəm ki, son dəfə tufan zamanı oyun oynadım", - kişi deyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.