Dünya

Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını bildirib

12 Sentyabr 2022 07:07
Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Volodimir Zelenski hazırki şəraitdə Rusiya ilə danışıqlara hazır olmadığını bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı CNN televiziyasına müsaibəsində bildirib.

"Bu gün Rusiyanın konstruktiv olmaq üçün heç bir istəyi olmadığını görürəm. Mənim prinsipim budur: ultimatum verənlərlə heç nə danışmıram" - deyə Zelenski qeyd edib.

Ukrayna prezidenti bildirib ki, 2 ölkə arasında razılaşma yalnız Rusiya ordusu Ukrayna ərazisini tərk etdikdən sonra mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.