Dünya

Tereza Meydən Kraliça ilə bağlı xatirə: “Bir də gördüm ki...”

11 Sentyabr 2022 18:20
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin keçmiş baş naziri Tereza Mey parlamentdə təşkil edilən tədbirdə II Elizabetlə bağlı maraqlı xatirəsini paylaşıb.

Milli.Az musavat.com-a istinadla xəbər verir ki, onun danışdığı hekayəni hər kəs gülüşlə qarşılayıb.

Tereza bildirib ki, Balmoralda daxmaların kənarında bir tədbiri xatırlayır:

"Qaladan piknik səbətləri gəlirdi və biz işi bölüb, yeməkləri və içkiləri masaya qoyduq. Bir az pendir aldım, boşqaba qoyub masaya uzatdım. Bu zaman pendir yerə düşdü. Mən bir anda nə edəcəyimi bilmədim. Ancaq həm də dərhal qərar verməli idim. Pendiri yerdən götürdüm, yenidən boşqabda stolun üstünə qoydum. Çönüb arxaya baxanda gördüm ki, kraliça mənim bütün etdimlərimi görüb, məni izləyir. Mən ona baxdım, o da mənə və o, gülməyə başladı. Onu da deyim ki, həmin pendirlər elə stolun üstündə qaldı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.