Dünya

İranda daha 19 nəfər COVID-19-dan öldü

10 Sentyabr 2022 20:32
Baxış: 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində 344 nəfər koronavirusa (COVID-19) yoluxub, 19 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 144 154 nəfər, yoluxanların sayı isə 7,53 milyondan çoxdur. Virus daşıyıcılarından 583 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,31 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 53,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 155 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 31 milyon təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.