Dünya

Kral III Çarlz televiziya ilə çıxış edib

9 Sentyabr 2022 21:34
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kral III Çarlz monarx kimi ilk televiziya çıxışını edib.

Milli.Az APA-ya istinadən bildirir ki, London vaxtı ilə saat 18.00-da yayımlanıb.

Kral III Çarlz çıxışında kraliçanın ona və bütün ailəyə ilham və örnək olduğunu, anasının vəfatından dərin kədərləndiyini bildirib.

Kral III Çarlz qeyd edib ki, kraliça II Yelizaveta vəzifəsi üçün hər zaman fədakarlıq edib. Kral söz verib ki, Kraliçanın sarsılmaz sədaqətlə etdiyi kimi, Allahın ona bəxş etdiyi qalan müddət ərzində konstitusiya prinsiplərini qoruyacaq.

Kral çıxışı zamanı anasının fotosunun yanında oturaraq qara kostyum geyib və qalstuk taxıb.

Qeyd edək ki, sabah baş nazir və yeni kabineti Kral ilə görüş keçirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.