Dünya

Ukraynanın F-16 qırıcılarına ehtiyacı var - İqnat

9 Sentyabr 2022 20:22
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın hazırda F-15 və F-16 qırıcılarına ehtiyacı var. Lakin bu təyyarələri əldə etmək çətindir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.

"ABŞ 2023-cü ildə onların təlimi üçün 100 milyon vəsait ayırıb, lakin əvvəlcə müttəfiqlərin Ukrayna Hərbi Hava Qüvvələrinə təqdim edəcəyi təyyarələrin növünə qərar vermək lazımdır. İndi müəyyən təcrübə və dil biliyi olan namizədlər var. MiQ-29-ları bizə təhvil verən Slovakiya 6 ilə yaxındır ki, həmin F-16-ları gözləyir. Dövlətlər bu qırıcıları qəbul etmək üçün növbəyə durublar. Ukrayna bu təyyarələrə indi ehtiyac duyur, lakin onları əldə etmək hələ mümkün deyil. Bizə müvafiq mütəxəssislərdən - həm pilotlardan, həm də mühəndislərdən ibarət heyət lazımdır. Üstəlik, aerodrom infrastrukturunu dəyişdirmək lazım gələcək: uçuş-enmə zolaqlarını uyğunlaşdırmaq, idarəetmə və kommunikasiyaları tənzimləmək", - o bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.