Dünya

Keçmiş arvadını bərbərxanada güllələyib, intihara cəhd edib

9 Sentyabr 2022 18:30
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Çelyabinskdə 56 yaşlı yerli sakin bərbərə gələrək 53 yaşlı keçmiş arvadına xəsarət yetirib və intihara cəhd edib.

Milli.Az bildirir ki, bu haqda "KP-Çelyabinsk" xəbər verib.

Nəşrin məlumatına görə, hadisə Stalevarov küçəsindəki 22 saylı evdə baş verib. Keçmiş həyat yoldaşı ilə söhbət etdikdən sonra kişi tapança ilə zərərçəkmişə atəş açıb. Daha sonra o, intihara cəhd etsə də, buna nail ola bilməyib. Nəticədə iki zərərçəkən xəstəxanaya yerləşdirilib, hazırda onların vəziyyəti ağır olaraq həkimlərin nəzarəti altındadır.

Bundan sonra bərbərxana müvəqqəti olaraq bağlanıb. Qeyd olunur ki, yaralı qadın gözəllik salonunun sahibi olub, onun və keçmiş ərinin ortaq 31 yaşlı oğlu və iki nəvəsi var.

"Mehriban və nəzakətlidir, çoxlu müştəriləri var. Bütün ərazini gəzdi. Ancaq onun həyatında yeni bir kişi var. Və deyəsən, ər qısqanc yanaşıb bu məsələyə", - deyə tanışlarından biri qadını haqqında danışıb.

Atəş açan adam öldürməyə cəhddə ittiham olunub. Onun keçmiş həyat yoldaşına 100 min rubldan (1650 dollar) çox borcu olduğu məlum olub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.