Dünya

Məşhur yazıçı İlon Maska öz işiylə məşğul olmağı tövsiyə etdi - FOTO

9 Sentyabr 2022 20:45
Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstər personajları, istərsə də çəkilişlərinə görə qızğın müzakirə mövzusu olan "Üzüklərin hökmdarı: Qüdrət üzükləri" ("The Lord of the Rings: The Rings of Power") serialı ətrafında söz-söhbət, görünür, daha bir neçə həftə davam edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filmə hətta "Tesla" və "SpaceX"in qurucusu İlon Mask da tənqidi münasibət bildirərək, əsərin müəllifi C.R.R.Tolkinin "məzarında çevrildiyini" deyib.

Ancaq məşhur ingilis yazıçı, "Qum adam"ın ("The Sandman") müəllifi Nil Geymanın biznesmenə cavabı gecikməyib. O, kino və ədəbiyyat üzrə mütəxəssis olmayan amerikalı milyarderin fantastik seriallar haqda dediklərini ciddi qəbul etmədiyini bildirib.

Geymanın sözlərinə görə, Mask "Twitter"i almaq üçün uğursuz cəhdində onunla məsləhətləşmədiyi kimi, yazıçı da filmləri, serialları, kitabları tənqid etmək üçün "Tesla" sahibinə müraciət etmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.