Dünya

“Kabildəki partlayış Əfqanıstanla dialoqa təsir etməyəcək” - Zaxarova

8 Sentyabr 2022 23:18
Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Kabildə baş verən partlayışın Əfqanıstanla dialoqa təsir etməyəcəyini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

Mariya Zaxarova Rusiya ilə Əfqanıstan arasında münasibətləri pozmaq istəyənlərin olduğunu bildirərək, "Bədxahlar nə qədər çalışsalar da, təxribatlar Kabillə konstruktiv dialoqumuza təsir etməyəcək" deyib.

Qeyd edək ki, Sentyabrın 5-də Rusiyanın Kabildəki səfirliyinin qarşısında partlayış baş verib. Taliban administrasiyasının Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran hücum nəticəsində 4 mülki şəxsin və səfirliyin əməkdaşları olan 2 Rusiya vətəndaşının həyatını itirdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.