Dünya

Küçədə qıza işgəncə verdilər - VİDEO

8 Sentyabr 2022 15:40
Baxış: 1 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Krasnodar diyarının Krımski rayonunda yeniyetmə qızı yerə atılan siqaret kötüyünə görə döyüb, başına təpiklə vurub və asfaltda sürüyüb, dostları isə baş verən hər şeyi videoya çəkiblər.

Milli.Az bildirir ki, videonu "SHOT" Telegram kanalı yayımlayıb.

Hadisə Şkolnı kəndində baş verib. Zərərçəkmiş qadını tanıyanların sözlərinə görə, o, ruhi xəstədir. Qonşuları onu sakit və mübahisəsiz bir insan kimi xarakterizə ediblər.

Qadını amansızlıqla təhqir edən video təsadüfən yerli sakinlərdən birinə göndərilib - əslində video onun qardaşına atılıb. "SHOT" yazır ki, qadın videonu ictimailəşdirdiyinə görə təhdid edilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.