Dünya

“Ukrayna taxılı aclıq olan ölkələrə deyil, Avropa Birliyinə daşınır”

7 Sentyabr 2022 12:20
Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadan çıxarılan taxıl aclıq içində olan ölkələrə deyil, Avropa Birliyi ölkələrinə gedir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Vladivostok İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.

"İnkişaf etməkdə olan ölkələrə yalnız iki gəmi taxıl gedib", deyə Rusiya prezidenti vurğulayıb.

Putin Ukraynadan taxıl daşınmasının bu səbəbdən məhdudlaşdırıla biləcəyini də söyləyib.

"Bəlkə bu marşrutla (Ukraynadan Avropaya - red) taxıl və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq barədə düşünməliyik. Mən bu mövzuda Türkiyə Prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəm. Axı, Ukraynadan taxılının ixracı mexanizmini işləyib hazırlayan bizik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.