Dünya

Ana oğlunu sevgilisini qısqandığı üçün döydü

6 Sentyabr 2022 20:18
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada oğluna sevgilisini qısqandığı üçün hücum edən qadına hökm oxunub.

Milli.Az bildirir ki, bu barədə "Metro" məlumat yayıb.

57 yaşlı Polin Rendls ayrılaraq sevgilisinin yanına köçəndən bəri oğlu Saymonu manipulyasiya etməyə çalışıb. O, ona təhqiramiz mesajlar yazıb, külli miqdarda dərmanla özünü zəhərləməklə hədələyib, həmçinin bıçaqla fotolar göndərərək damarlarını kəsəcəyini deyib. Stress səbəbiylə kişi xəstəxanaya düşüb və indi narahatlıq və depressiyadan əziyyət çəkir.

Saymonun sözlərinə görə, o, dəfələrlə anası ilə əlaqəni kəsməyə çalışıb, lakin bu, yalnız ciddi münaqişədən sonra mümkün olub. Sonuncu görüşdə o, qızı öldürməklə hədələyib və Saymonun ayağına və üzünə vurub. Bundan sonra qadına qarşı cinayət işi açılıb.

Rendls zərər, təqib və hücuma səbəb olmaqda günahını etiraf edib. O, 120 funt sterlinq cərimə ödəyəcək və 12 ay ictimai işlərə məhkum edilib. Ona, həmçinin il yarımlıq oğlu ilə ünsiyyətə qadağa qoyulub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.