Dünya

"Ukrayna Avropanın ayrılmaz hissəsinə çevrilib"

5 Sentyabr 2022 07:21
Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna Avropanın ayrılmaz hissəsinə çevrilib. Almaniya kansleri Olaf Şoltsun ölkəmizin Avropaya inteqrasiyası ilə bağlı dedikləri bu faktı təsdiqləyir".

Milli.Az "report"a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

"Almaniya kansleri Olaf Şoltsun Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı son bəyanatı dövrlərin dəyişməsi siyasəti çərçivəsində mühüm siyasi manifestdir. Ukrayna artıq Avropa İttifaqı və Rusiya arasında deyil, Avropa institutlarının ayrılmaz hissəsidir", - deyə, o bildirib.

Onun sözlərinə görə, tərəfdaşların köməyi ilə Ukrayna yeni, güclü Avropanın bir hissəsi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.