Dünya

Aİ Ukraynaya 5 milyard avroluq yardım paketi təqdim edəcək

2 Sentyabr 2022 22:35
Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının iyun ayında elan etdiyi planın bir hissəsi kimi gələn həftə Ukraynaya 5 milyard avroluq növbəti yardım paketini təqdim edəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Avropa rəsmilərinə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Ayrılan vəsait Ukrayna vətəndaşlarına maaş və müavinətlərin ödənilməsi də daxil olmaqla, təcili və təxirəsalınmaz xərclərin ödənilməsi üçün nəzərdə tutulacaq. Qeyd olunur ki, Aİ nümayəndələri onlayn rejimdə keçirilən görüşdə yeni paketin təfərrüatlarını razılaşdırıblar, həmçinin Ukraynaya qalan 3 milyard avroluq makroiqtisadi yardımın verilməsi mexanizminin işlənib hazırlanmasını davam etdirməyə razılaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.