Dünya

110 trilyon ton buz əriyə bilər. Nə etsək də, qarşısını ala bilməyəcəyik - Alimlərdən HƏYƏCAN TƏBİLİ

31 Avqust 2022 09:07
0 Şərh     Baxış: 2 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qrenlandiyada buzlaqların əriməsi növbəti əsr yarımda dünya okeanı səviyyəsinin 78 santimetr yüksəlməsinə səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Nature Climate Change" jurnalında məqalə dərc olunub.

Məqalə müəllifləri hesab edir ki, bəşəriyyət karbon qazı tullantılarını azaltmaq planlarını yerinə yetirə bilsə belə, bunun qarşısını almaq olmayacaq.

"Bundan sonra nə etsək də, dənizin səviyyəsinin hətta qalxmasının qarşısını ala bilməyəcəyik", - deyə Danimarka və Qrenlandiya Geoloji Tədqiqat Xidmətinin əməkdaşı Uilyam Kolqen qeyd edib.

Nəticədə 110 trilyon ton buz maye suya çevrilə bilər.

Eyni zamanda proqnozlar göstərir ki, istixana qazlarının emissiyaları indiki səviyyədə qalarsa, ərimə sürətlənə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.