Dünya

Klintondan videosu yayılan baş nazirə dəstək - FOTO

30 Avqust 2022 15:24
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hillari Klinton 2012-ci ildə ABŞ dövlət katibi olarkən çəkdirdiyi fotosunu "Twitter" hesabında paylaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəkildə onun klubda rəqs etməsi əks olunub. Sabiq dövlət katibi bu paylaşımı Finlandiyanın Baş naziri Sanna Marinin qalmaqallı videolarına dəstək məqsədilə edib.

"Mən burada dövlət katibi qismində görüş üçün uçduğum Kartaxena şəhərindəyəm. Rəqs etməyə davam edin, Sanna Marin", - deyə Hillari Klinton paylaşımda Finlandiya baş nazirinin hesabını qeyd edib.

"Hillari Klintona təşəkkür edirəm", - deyə Sanna Marin cavab olaraq yazıb və şərhə ürək emojisi əlavə edib.

Hillari Klintonun fotosu 10 il əvvəl Kolumbiyaya rəsmi səfəri zamanı çəkilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.