Dünya

Çil formasında tatu etdirdi, meymunçiçəyinə bənzətdilər - FOTO

29 Avqust 2022 20:16
Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyada qız üzünə çil formasında tatu etdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri qızın yeni döyməsini meymunçiçəyi izləri ilə müqayisə ediblər.

Onlar "TikTok"da döymə ustasının videosunun altındakı şərhlərdə fikirlərini bildiriblər.

Əl işlərini sosial şəbəkədə paylaşan və çoxlu izləyicisi olan avstraliyalı döymə ustası Deysi Lavsikin üzünə çil döyməsi etdirdirmək üçün uzaqdan müştəri gəlib. İş başa çatdıqdan sonra bloqer videonu "TikTok"a yerləşdirib.

İstifadəçilər hesab edirdilər ki, çillər daha çox meymunçiçəyi izlərinə bənzəyir. Onlar yazıblar ki, belə döymə real görünmür, ona görə də müştəri yəqin ki, etdiyinə peşman olub.

Deysy Lavsik isə qızın döymədən razı qaldığını yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.