Dünya

Rusiyada dövlət çevrilişinə cəhd oldu

28 Avqust 2022 19:59
Baxış: 4 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin rejimi çevriliş nəticəsində devrilə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı müxalifətçi və publisist Andrey Piontkovski deyib.

"Keçən həftə Rusiyada daxili çevrilişə cəhd oldu, bunu çox az adam fərq etdi. Onun ilhamçısı qeyri-rəsmi ultrafaşist partiyadır, yəni Aleksandr Duqindir. Putini ifşa edən Qirkin isə son verilişlərdə Putini asmağı belə tələb etdi. Əslində dövlət çevrilişinə cəhd olub", - müxalifətçi vurğulayıb.

Politoloqun fikrincə, Putini daxili etirazlarla devirmək olar:

"Nüvə silahına sahib olan suveren dövlətə qarşı hərbi təcavüz çox təhlükəli qumar oyunudur. Düşünürəm ki, Qərb liderləri arasında ən qaynar başlar belə bunu başa düşür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.