Dünya

Sanna Marinin narkotik testinin cavabı açıqlandı

22 Avqust 2022 20:17
1 Şərh     Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiyanın Baş naziri Sanna Marinin narkotik testi mənfi çıxıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, analiz üçün pulu Baş nazirin özü şəxsi gəlirlərindən ödəyib. 

Sanna Marinlə bağlı qalmaqal onun dostları ilə əyləndiyi ziyafətdən videonun şəbəkədə görünməsindən sonra yaranıb. Marinin davranışı ölkənin baş nazirinə yaraşmayan hesab edilib, lakin o, bunda qınanılası heç nə görmədiyini, çünki "adi həyat sürən adi insanların da əsas dövlət vəzifələrində olduğunu" söyləyib. 

Marin daha sonra narkotik istifadəsi ehtimalına dair iddialara cavab olaraq narkotik testi verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.