Bu gün Zəngəzur bölgəsində ağır yol qəzası baş verib.
Milli.Az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Bildirilib ki, "Opel Astra" markalı avtomobil hərəkət zolağından çıxaraq betona çırpılıb.
Qəza zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Saytın məlumatına görə, ölən şəxslər Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirlərmiş.
Milli.Az