Dünya

Sərxoş kişi 6 yaşlı oğlunu və 4 yaşlı qızını 9-cu mərtəbədən atmaq istəyib

18 Avqust 2022 14:00
0 Şərh     Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Yakutskda sərxoş kişi iki uşağını pəncərədən atmağa cəhd edib.

Milli.Az bildirir ki, bu barədə regional Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

İdarədən bildirilib ki, avqustun 16-da səhər saatlarında Kirov küçəsində yerləşən hündürmərtəbəli binanın pəncərəsindən uşaqların yardım çağırışını eşidən yerli sakin polisə müraciət edib. Hadisə şahidinin sözlərinə görə, o doqquzuncu mərtəbədəki açıq pəncərədə kiminsə itələməyə çalışdığı uşaqların siluetlərini görüb.

Hadisə yerinə gələn rayon polis əməkdaşı qışqırıq səsləri eşidilən mənzilə daxil olaraq 37 yaşlı rusiyalını saxlayıb. Saxlanılan şəxsin altı yaşlı oğlu və dörd yaşlı qızı bildiriblər ki, ata nədənsə əsəbiləşərək onları pəncərədən atacağı ilə hədələyib.

Yoxlama zamanı polis həmin şəxsin sərxoş olduğunu müəyyən edib. O da məlum olub ki, o, əvvəllər narkotik vasitələrin istifadəsi və yayılmasına görə cinayət və inzibati məsuliyyətə cəlb edilib. Hazırda uşaqların anasının harada olduğu məlum deyil. Atalarının sözlərinə görə, qadın oğlunu və qızını böyütməkdən imtina edərək evi tərk edib.

Polis əlavə edib ki, hazırda uşaqlar azyaşlılar üçün reabilitasiya mərkəzindədir. Yoxlama materialları İstintaq Komitəsinin regional şöbəsinə göndəriləcək.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.