Dünya

Çində bir nəfərə görə bütün şəhər karantinə alındı, uçuşlar ləğv edildi

18 Avqust 2022 08:27
0 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Mancuriya şəhərində koronavirus testi müsbət çıxmış bir nəfərə görə bütün şəhər karantinə alınıb.

Bu barədə yerli hökumətin bəyanatından məlum olub.

Koronavirusa yoluxma halı bir gün əvvəl PZR testi zamanı aşkar edilib.

Qapanma ilə əlaqədar şəhərdə ictimai nəqliyyatın, ticarət mərkəzlərinin, kafelərin, kinoteatrların, idman zallarının fəaliyyəti dayandırılıb. "Sitziyao" hava limanından uçuşlar ləğv edilib. Məktəblər və dövlət idarələri bağlanıb, həbsxanalar və qocalar evləri müvəqqəti olaraq ziyarətçilər üçün qapadılıb.

Həmçinin bu gündən etibarən Mancuriyanın bütün sakinlərindən üç raund PZR testindən keçmək tələb olunur.

150 000 əhalisi olan şəhərdə lokdaunun nə qədər davam edəcəyi məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.